43c3a055-13d2-44c3-89d7-406aa96bd8c9..jpg

Yeni Zelandiya Rusiyaya qarşı ən böyük sanksiya paketini elan edib

Baxış sayı: 838 dəfə baxılıb.

Yeni Zelandiya Rusiyaya qarşı ən böyük sanksiya paketini elan edib

Yeni Zelandiya hökuməti rusiyalı siyasətçilərə, hərbçilərə və sahibkarlara
qarşı yeni sanksiyalar elan edib.

Bu barədə ölkənin xarici işlər naziri Nanaya Mahuta məlumat verib:

“Bu gün biz Rusiyanın hərəkətlərinin qınandığını nümayiş etdirmək üçün ona
qarşı ən böyük sanksiyalar paketini elan edirik. 87 Rusiya vətəndaşına –
Prezident Vladimir Putinə yaxın siyasi xadimlərə qarşı yeni məhdudlaşdırıcı
tədbirlər tətbiq olunacaq”.

Nazir bildirib ki, yeni sanksiya siyahısına həm də Rusiya Federasiyası Mərkəzi
Seçki Komissiyasının üzvləri, münaqişədə fəal rol oynayan hərbi qulluqçular və
hərbi birləşmələrin komandirləri, habelə onların ailə üzvləri də daxildirlər.

“Rusiyanın işğalına cavab olaraq Yeni Zelandiyanın Ukraynaya dəstəyi və
gördüyü tədbirlərin miqyası misilsizdir, çünki Rusiya Federasiyasının
hərəkətləri bütün dünyanın və ölkəmizin təhlükəsizliyinə və iqtisadi
sabitliyinə təsir göstərir”, – deyə o vurğulayıb.

Mənbə: TASS

Source link