Yeni Zelandiyada nəhəng yarğan yaranıb

Yeni Zelandiyada nəhəng yarğan yaranıb

Baxış sayı: 2. 114 dəfə baxılıb.

Yeni Zelandiyanın Şimal adasındakı fermer sahələrindən birində nəhəng çat yaranıb. Vulkanoloqların fikrincə, çata yeraltı yağış suları səbəb olub. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Phys.org məlumat yayıb. 

Çatın yaranması mayın əvvəllərində başlayıb. Onun uzunluğu 200, dərinliyi 20 metrdir. 

Mütəxəssislərin sözlərinə görə, bu çat Yeni Zelandiyanın Şimal adasında ən böyük yarğandır. 

Çatın əmələ gəlməsindən bir müddət əvvəl bölgəyə 38 saat ərzində 170 millimetr yağıntı düşüb. 

www.ÇıxışYolu.Com