a1993a9a-c463-4a11-9640-bdfa20f4419d..jpg

Yeni Zelandiyada tropik siklonda onlarla şəxs itkin düşüb

Baxış sayı: 875 dəfə baxılıb.

Yeni Zelandiyada tropik siklonda onlarla şəxs itkin düşüb

Yeni Zelandiyada “Qabriel” tropik siklonunun yaratdığı tufan və daşqınlar
zamanı itkin düşən 23 nəfər tapılmayıb.

Bu barədə yerli polis məlumat yayıb.

“İtkin düşmüş 23 nəfərlə əlaqə yaratmaq polis üçün prioritet vəzifə olaraq
qalır və biz bir sıra müxtəlif üsullardan istifadə etməklə mümkün qədər tez
işləyirik”, – deyə məlumatda bildirilib.

Yeni Zelandiyanın Şimal adasını vuran “Qabriel” onun mərkəzi və cənub-şərq
bölgələrində irimiqyaslı daşqınlara və sürüşmələrə səbəb olub. 11 nəfər həlak
olub, daha 23 nəfər itkin düşüb. Su basmış yaşayış məntəqələrindən 10 mindən
çox insan təxliyə edilib, bəzi yaşayış məntəqələri su təchizatından kəsilib,
adanın 250 minə yaxın sakini bir neçə gün ərzində işıqsız və rabitəsiz qalıb.

Mənbə: TASS

Source link