Yerə kabus asteroid yaxınlaşır

Yerə kabus asteroid yaxınlaşır

Baxış sayı: 2. 668 dəfə baxılıb.

Mayın 16-da Bakı vaxtı ilə 02:05-də Yer planetinə ən kiçik məsafəyə qədər “2010 WC9” kabus asteroidi yaxınlaşacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Astronomların səkkiz il əvvəl gözdən itirdiyi kosmik obyektin planetimizin 203 min kilometr yaxınlığından keçəcəyi və sürətinin 46 min km/saat təşkil etdiyi bildirilir.  

Asteroidin diametri 60-130 metrdir.

İlk dəfə asteroid 2010-cu ilin noyabr ayında qeydə alınıb, dekabr ayında isə yoxa çıxıb. Kabus-asteroid yalnız bu il, mayın 8-də yenidən aşkarlanıb. Astronomlar “kabusun”  Yer planetinə düşmə təhlükəsinin olmadığını əmin edir.

.
www.ÇıxışYolu.Com