06661970-711f-4d73-b101-83b4232cd53b..jpg

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ – VİDEO

Baxış sayı: 985 dəfə baxılıb.

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir: XƏBƏRDARLIQ – VİDEO

Yer kürəsində güclü geomaqnit qasırğası müşahidə edilir.

Qasırğanın 3 gün davam edəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, Coğrafiya İnstitunun şöbə müdiri Ənvər
Əliyev deyir ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası
ilə nəticələnib. Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin
maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn
qızmar buludlar yer kürəsinə yayılır. Bu proses həm kommunikasiya xətlərinə,
süni peyklərin orbitinə, eləcə də insanların sağlamlığına təsir edir.

Həkim- terapevt Sübhan Hacıyev isə geomaqnit qasırğası ilə bağlı meteohəssas
insanlara xəbərdarlıq edib. O deyib ki, qasırğa baş verən zaman xüsusilə
xroniki ürək damar xəstələyi olan və arterial təzyiqdən əziyyət çəkən insanlar
diqqətli olmalıdırlar. Geomaqnit qasırğası hətta ölümə də səbəb ola bilər.

Həkim bildirib ki, son günlər geomaqnit qasırğasının törətdiyi fəsadlarla
bağlı xəstəxanaya müraciət edənlərin sayı çoxalıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:


Source link