Yer kürəsində güclü maqnit qasırğası olacaq

Yer kürəsində güclü maqnit qasırğası olacaq

Baxış sayı: 2. 004 dəfə baxılıb.

İyunun sonunda Yer kürəsində güclü maqnit qasırğası olacaq. Qasırğanın gücü 5 ballıq şkala üzrə birinci səviyyədə olması ehtimal edilir. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı RİA Novosti agentliyi məlumat yayıb. 

Mütəxəssislərin sözlərinə görə, maqnit qasırğası iyunun 28-də gözlənilir. Maqnitosfer 27 və 29 iyunda aktiv vəziyyətdə olacaq. 

Göstərilən tarixlərdə enerji sistemlərində problemlər yarana bilər. Bundan başqa, maqnit qasırğasının kosmik aparatların idarəsinə də təsir göstərəcəyi istisna deyil. 

Bu il eyni gücdə olan maqnit qasırğası iyunun 2-də baş verib. 

2018-ci ildə ən güclü maqnit qasırğası aprelin 20-də baş verib. O, alimlər üçün gözlənilməz olub. 

www.ÇıxışYolu.Com