Bu gün Yerevanda Respublika meydanında Serj Sarkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, bundan əvvəl Yerevanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.
Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis etirazçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib.