Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü əlverişli məqamda baş tutacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan “Ermənistan” telekanalına müsahibəsində Qarabağ münaqişəsinin həlli ilə bağlı sualı cavablandırarkən deyib.
“Mən bu prosesdə birbaşa rol oynayan müxtəlif vəzifəli şəxslərlə birbaşa əlaqə saxlayıram. Bu davam edir.
Biz ardıcıl, hesablanmış addımlar atırıq. Əlverişli məqam gələndə görüş olacaq”, – Mnatsakanyan qeyd edib.