Yerevan küçələrini yendiən etiraz dalğası bürüyüb. Nümayişçilər “Siyasi məhbuslara və “Sasna tsrer”ə azadlıq” sözləri yazılmış plakatlarla Ermənistan Baş Prokurorluğunun qarşısında yığışıblar.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Sputnik” məlumat yayıb.
Onlar Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər.
Nümayişçilər “Prokuror, get”, “Siyasi məhbuslara azadlıq” şüarlarını səsləndiriblər və baş prokurorun reaksiyasını gözləyirlər.