Yerevan sakinləri yenidən küçələrdə

Yerevan sakinləri yenidən küçələrdə

Baxış sayı: 2. 539 dəfə baxılıb.

Bu gün səhər saatlarında yüzlərlə insan Ermənistanda baş nazir seçkilərinin böyük ekranlarda canlı yayımlanacağı Yerevanın mərkəzi Respublika Meydanına toplaşıb.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. 

Baş nazir postuna yeganə namizəd olan “Yelk” (Çıxış) partiyasının lideri Nikol Paşinyan “Facebook” hesabında bəyan edib ki, Respublika Partiyası seçkiləri pozmaq qərarına gəlib. 

“Bizə indi məlumat verdilər ki, Serj Sarkisyanın başçılığı ilə Respublika Partiyası iclas keçirərək, seçkiləri pozmaq qərarına gəliblər. 

Mən sizin hamınızı səhər erkən saatlardan Respublika Meydanına toplaşmağa və Serj Sarkisyanın növbəti planına qarşı çıxmağa çağırıram”, – Paşinyan deyib.

Paşinyan bu posta namizədliyini parlamentdə doqquz mandata sahib “Yelk” partiyasından irəli sürüb. “Tsarukyan” (31 deputat) və “Daşnaksütyun” (yeddi deputat) partiyaları Paşinyanı dəstəkləyəcəklərinə söz veriblər. 

Paşinyan seçkilərdə qələbə qazanmaq üçün 58 deputatın səsini qazanmalıdır. 

Yerevan sakinləri yenidən küçələrdə

www.ÇıxışYolu.Com