Ermənistan parlamentində Nikol Paşinyanın baş nazir postuna seçilməməsindən sonra Yerevanda etiraz aksiyaları yenidən başlayıb. Nümayişçilər Ermənistanın paytaxtındakı bir çox əsas yollarda hərəkəti dayandırıblar.
ÇıxışYolu.Com erməni mətbuatına istinadla xəbər verir ki, hələlik etirazçılar kortəbii şəkildə hərəkət edirlər.
1in.am saytının məlumatına görə, artıq Zvartnots aeroportuna gedən yollar qapadılıb.
Hava limanına gedən yola çox sayda polis qüvvələri cəlb edilib.