Yerevanda atışma: Polkovnik bank yardı - YENİLƏNİB + VİDEO

Yerevanda atışma: Polkovnik bank yardı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 2. 637 dəfə baxılıb.

Yerevandakı HSBS bankına silahlı hücumu təşkil edən polis polkovniki, pozuntuların qeydə alınması mərkəzinin rəisi Daniel Danielyan olub. Bununla bağlı Ermənistan polisinin KİV ilə əlaqə şöbəsinin sədri Edqar Canoyan məlumat verib. 

ÇıxışYolu.Com xəbər verir ki, bıçaq, əl qumbarası və tapança ilə silahlanmış cinayətkar banka daxil olub, iki əməkdaşı yarayıb.

Onlardan biri hadisə yerində ölüb. Pulları götürən cinayətkar hadisə yerindən uzağa qaça bilməyib. 

“O, hadisə yerinə gələn əməliyyatçılar tərəfindən yaxalanıb. Yaxalanma zamanı cinayətkar təhlükəsizlik işçilərindən birinə xəsarət yetirib”, – Ermənistan polisinin nümayəndəsi Aşot Aqaronyan deyib.

15:59

Naməlum şəxslər Ermənistandakı banklardan birində atəş açıb. 

ÇıxışYolu.Com bununla bağlı “Sputnik Ermənistan”a istinadla xəbər verir. 

Polisdən verilən məlumata görə, hadisə zamanı iki polis yaralanıb. 

İlkin ehtimallara görə, banka silahlı basqın olub.

www.ÇıxışYolu.Com