Yerevanda etirazçılar Arşakunyas prospektini bağlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Məlumata görə, etiraza səbəb Şenqavit məhkəməsinin “Sasna tsrer” silahlı qruplaşmasının üzvləri ilə bağlı çıxardığı qərar olub.
Hakim onlara qarşı qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.
Etirazçılar qruplaşma üzvlərinin sərbəst buraxılmasını tələb edir.
Xatırladaq ki, 2016-cı ilin iyul ayında adı çəkilən qruplaşma Yerevanda post-patrul xidmətinin bölməsini ələ keçirmiş və binanı iki həftə ərzində öz nəzarətlərində saxlamışdı.