Etirazçılar Sarkisyanın iqamətgahına yürüş edib  - YENİLƏNİB

Etirazçılar Sarkisyanın iqamətgahına yürüş edib – YENİLƏNİB

Baxış sayı: 2. 386 dəfə baxılıb.

Ermənistanın paytaxtı Yerevanda kütləvi mitinqin iştirakçıları baş nazirin iqamətgahına dinc yürüşü başa çatdırıb.

ÇıxışYolu.Com  “RİA Novosti”yə istinadən xəbər verir ki, yürüş iştirakçıları Baqramyan prospektində yerləşən binanın qarşısına toplaşıb, bir neçə dəqiqə gözlədikdən sonra geri dönüblər.

Sarkisyanın iqamətgahının mühafizəsinə çox saylı polis qüvvələri səfərbər olunub. 

Mitinq iştirakçıları bina qarşısında canlı zəncir yaradan polis əməkdaşlarına işlərində uğurlar arzulayıb və daha sonra müxalifət lideri Nikol Paşinyan tərəfdalarını geri dönməyə səsləyib.  

00:11

Yerevanda minlərlə etirazçı parlament binası və Ermənistan baş naziri Serj Sarkisyanın iqamətgahının yerləşdiyi Baqramyan prospektinə doğru yürüşə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “İntefaks” məlumat yayıb.

Məlumata görə, müxalifətçi deputat Nikol Paşinyanın təşkil etdiyi mitinqin başa çatmasından sonra, o izdihama Baqramyan prospekti istiqamətində irəliləməyi təklif edib.

“Bir daha Baqramyan prospektinə yollanmağı təklif edirəm. Gedək görək, Baqramyan 26 ünvanında nə baş verir. Qabaqcadan heç nəyi demək olmaz,  geri dönəcəyik, orda qalacağıq yoxsa oturaq aksiya keçirəcəyik”, – deyə Paşinyan bildirib.

20:28

Yerevanda kütləvi yürüş keçirən müxalifət tərəfdarları mərkəzi Respublika meydanına toplaşıb.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, axşam saatlarında etirazçılar müxalifətdən olan deputat Nikol Paşinyanın başçılığı altında şəhərin mərkəzinə geri qayıdıb.

Etirazçılar bundan əvvəl meriya və XİN-nin binaları qarşısına toplanaraq, müxtəlif şüarlar səsləndirib və vətəndaşları hərəkata qoşulmağa çağırıb.  Axşam saatlarında aksiyaya qoşulan insanların sayı artıb.

Mitinqdə böyük insan izdihamının olması ilə əlaqədar, bir sıra mərkəzi küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Hələlik ərazidə nisbi sakitlik olsa da, çevik polis qüvvələri gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirir. Hökumət evinin qarşında maneələrin quraşdırıldığı bildirilir.

16:21

Yerevanda etiraz aksiyasının iştirakçıları meriyanın binasını mühasirəyə alıblar.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə news.am yazır.

Meriyanın pilləkənlərindən oturan mitinq iştirakçıları “Taron çıx” və “Biabırçılıq” şüarları səsləndiriblər.

Binanın mərkəzi girişinin bağlı olduğuna əmin olduqda, aksiya iştirakçıları xidməti çıxışa istiqamətləniblər.  Burada onları mitinqin təşkilatçısı Nikol Paşinyan qarşılayıb və yürüşə qoşulmağa çağırıb.

12:05

Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.

www.ÇıxışYolu.Com