Yerevanda hərbçilər hərbi hissələri tərk edirlər - VİDEO + YENİLƏNİB

Yerevanda hərbçilər hərbi hissələri tərk edirlər – VİDEO + YENİLƏNİB

Baxış sayı: 2. 637 dəfə baxılıb.

Erməni mətbuatında hərbçilərin Ermənistanın hərbi hissələrini kütləvi tərk etməsi ilə bağlı görüntülər yayılıb. 

ÇıxışYolu.Com həmin görüntüləri təqdim edir:

13:13

Yerevandakı etirazçı tələbələrə bir qrup hərbçilər də qatılıb. 

ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçıların arasında əlində bayraq ilə polkovnik-leytenant rütbəsi daşıyan zabit də var.

12:11

Aprelin 23-də Yerevan Dövlət Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. 

ÇıxışYolu.Com Ermənistan mətbuatına istinadən xəbər verir ki, tələbələr səhər saatlarında universitetin əsas binasının qarşısında toplanaraq “Müəllim, sən də qoşul” şüarı səsləndiriblər.

Müəllimləri də etiraz aksiyasına çağıran tələbələr dərsləri boykot edərək tətil elan ediblər. 

Qeyd edək ki, aprelin 13-dən Yerevanda Serj Sarkisyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir. 

www.ÇıxışYolu.Com