Yerevanda kütləvi mitinq keçirilir – VİDEO – YENİLƏNİB

Yerevanda kütləvi mitinq keçirilir – VİDEO – YENİLƏNİB

Baxış sayı: 2. 435 dəfə baxılıb.

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı kütləvi mitinqi təşkil edən deputat Nikol Paşinyan ölkədə “məxməri inqilabı” komitəsinin yaradılacağını elan edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.

Onun sözlərinə görə, təsis ediləcək struktur hərəkata rəhbərlik edəcək və onu “qələbə qazanana kimi davam etdirəcək”.

 “Dövlət idarələrinin blokadası üçün inqilab komitələri bütün bölgələrdə yaradılacaq və ən qısa zamanda bu qurumlar, o  cümlədən polis, inqilab komitələrinin əmrlərini yerinə yetirəcək”, – deyə siyasətçi mitinqdə bildirib.

21:01

Ermənistanda “Mənim addımın” hərəkatı Yerevanın Respublika meydanında kütləvi mitinq keçirir.

ÇıxışYolu.Com “News.am”a istinadən xəbər verir ki, bundan əvvəl Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkədə inqilabi vəziyyətin yarandığını bildirib və vətəndaşları 18:30-da Respublika meydanına toplaşmağa çağırıb.

“Biz mitinq təşkil edəcəyik və inanırıq ki, bu ən kütləvi mitinqə çevriləcək. Yaşasın bu gün Ermənistanda başlayan xalq inqilabı”, – deyə Nikol Paşinyan bildirib.

Qeyd edək ki, çevik polis qüvvələri Baqramyan prospektini tikanlı məftillərlə bağlayıb, səsli qumbaraları hazır vəziyyətə gətirib.  

Aksiyanın təşkilatçısı Nikol Paşinyan tikanlı məftillərdən ibarət maneəni aşıb. Bəzi tərəfdarlar onun bu hərəkətini təkrarlamağa çalışıb.  Nəticədə polis etirazçıları geri çəkmək üçün xüsusi vasitələrdən, o cümlədən, səsli qumbaralardan istifadə edib.

Aprelin 17-də səhər saatlarından etibarən azı 80 etirazçının saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.  

Aksiyanın təşkilatçıları keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsi planlarına qarşı çıxır.

.
www.ÇıxışYolu.Com