Bu gün Yerevanda müxalifət lideri Nikol Paşinyan saxlanılıb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, həmçinin Ermənistan polisi etiraz aksiyaların iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edib.
Yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.