Yerevanda Monte Melkonyan adına 11 saylı məktəbin direktoru Ruzanna Azizyan şəhər merinin qərarı ilə vəzifəsindən azad edilib.
ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə “Radio Azatutyan” məlumat yayıb.
Azizyan etiraz aksiyalarının lideri Nikol Paşinyanın təşkil etdiyi mitinqə şagirdləri buraxmayaraq onları məktəbdə saxlayıb. Həmçinin mayın 4-də məktəbin qarşısında Ruzannanın istefası ilə bağlı etiraz aksiyası da keçirilib.