Yerevanda Serj Sarkisyana qarşı kütləvi aksiya keçirilir

Yerevanda Serj Sarkisyana qarşı kütləvi aksiya keçirilir

Baxış sayı: 4. 071 dəfə baxılıb.

Yerevanın Azadlıq meydanında  Ermənistanın  keçmiş prezidenti Serj Sarkisyanın baş nazir təyin olunması planına qarşı kütləvi etiraz aksiyası keçirilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “news.am” məlumat yayıb.

Aksiyanı “Vətəndaş müqaviləsi” müxalifət partiyasının lideri Nikola Paşinyanın tərəfdarları təşkil edib.

Partiya üzvləri martın 31-dən etibarən Ermənistanın bir çox şəhərlərində yürüşlər və etiraz aksiyaları keçirir. 

Partiya fəalları aprelin 17-də Ermənistan parlamentinin binasını mühasirəyə alacaqlarını və baş nazirin seçilməsi ilə bağlı səsverməyə əngəl olacaqlarını xəbərdar edib.

.
www.ÇıxışYolu.Com