Martın 18 Yerə güclü maqnit qasırğası daxil olacaq. Astronomların proqnozlarına görə martın 14,16 və 17-də güclü geomaqnit şərait gözlənilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Həmin müddətə qədər, fevralın sonundan martın ortalarına kimi maqnitosfera qatında sabitlik hökm sürəcək.
FİAN Günəş rentgen astronomiyası laboratoriyasına görə, martın 18-də gözlənilən maqnit qasırğası ilin əvvəlindən bəri sayca 3-cü maqnit qasırğası olacaq. Buna qədər nisbətən zəif maqnit qasırğası fevralın 19 və yanvarın 15-də qeydə alınıb.