a62bf998-4382-42e6-aa00-760927279f5b..jpg

Yerli hotellərdə qiymətlərin ildən-ilə bahalaşmasının səbəbləri nədir? – ARAŞDIRMA + VİDEO

Baxış sayı: 505 dəfə baxılıb.

Yerli hotellərdə qiymətlərin ildən-ilə bahalaşmasının səbəbləri nədir? –
ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bölgələrdəki hotellərdə qiymətlər bu il bir az da bahalaşıb.

Xezerxeber.az xəbər verir ki, Qubadakı hotellərdən birində ötən il ikinəfərlik
standart otaqda günlük qiymət 80 manat idisə, hazırda bu qiymət 100 manat olub.
Hoteldən bildirilib ki, bu qiymət də müvəqqətidir.

Qiymət bir gecə üçün, yalnız səhər yeməyi ilə ən yaxşı halda 125-160 manat
aralığında təklif olunur. Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, yerli
hotellərdə qiymətin ildən-ilə bahalaşmasının səbəbləri müxtəlifdir.

Bir gecəsi 125 manata olan hoteldə altı gecə qalmaq 750 manata başa gəlir və
buna yalnız səhər yeməyi daxildir. Günorta və axşam yeməyi ilə birgə qiymət isə
1000 manatdan da baha olur.

Belə qənaətə gəlmək olar ki, bu qiymətə qonşu Türkiyə və Gürcüstanda da
dincəlmək mümkündür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link