Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 30 mart tarixli, 124 nömrəli qərarı ilə Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərinin aylıq vəzifə maaşları təsdiqlənib.
ÇıxışYolu.Com xəbər verir ki, Gəncə və Sumqayıt şəhəri üzrə vergi orqanının baş direktorunun maaşı 583 manat, Bakı şəhəri üzrə 594 manat müəyyən edilib.
Vergi orqanının baş direktorunun birinci müavinini maaşı Gəncə və Sumqayıt şəhərləri üzrə 462 manat, Bakı şəhəri üzrə 473 manat, böyük dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünasın maaşı Gəncə və Sumqayıt şəhərləri üzrə 336 manat, Bakı şəhəri üzrə 341 manat təsdiqlənib.
Eləcə də, ərazi vergi departamentləri, idarələri və filialları üzrə vergi orqanının baş direktorunun maaşı 572 manat, vergi orqanının baş direktorunun birinci müavininin maaşı 451 manat, şəhər və rayon şöbələri üzrə vergi orqanının baş direktorunun maaşı 550 manat, baş direktorunun birinci müavininin maaşı 429 manat olub.