Yerusəlimdə bir şaurma üçün turistdən 2800 dollar aldılar

Baxış sayı: 1. 976 dəfə baxılıb.

Yerusəlimdə bir şaurma üçün turistdən 2800 dollar aldılar

Yerusəlimdə turist qadının bank kartından bir şaurma üçün 10 100 şekel (2800 dollar) pul çıxıblar. 

“Times of Israel” nəşrinin yazdığına görə, bir qədər sonra qadın məbləği geri istəmək üçün qayıdıb. Onun sözlərinə görə, İsrail mətbuatı insidentə diqqət ayırandan sonra pulu hesabına qaytarıblar. 

Şaurma satışı ilə məşğul olan firma sahibləri isə yanlışlıq olduğunu bildirirlər. Amma keçmiş əməkdaşlardan birinin sözlərinə görə, “dünyadan xəbərsiz” turistləri aldatmaq üçün xüsusi sxem mövcuddur. Küçədəki kafelərdə menyu olmur, satıcı deyilir ki, bir qab şaurma 80 şekeldir. Ödənişi isə avro və ya dollarla qəbul edirlər. 

Adı çəkilməyən keçmiş əməkdaş bunları da deyib: “Belə şeylərə görə işdən çıxdım. Onlar qiymətdə aldadırdılar. Turistlər indiyədək üç dəfə ora polisin müşayiəti ilə qayıdıblar”.