Yerüstü və yeraltı dayanacaqlarda tarifi kim müəyyən edir və vəsait hara
xərclənir? – RƏSMİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda yeraltı dayanacaqlarda kəskin qiymət artımının
Belə ki, aprel ayının 1-dən etibarən bir çox yeraltı dayanacaqlarda tariflərin
kəskin artırılması fonunda ortaya çıxan yeni qiymətlər bir çox suallar yaradıb.
Sosial şəbəkələrdə ciddi müzakirə olunan və yaranan suallarıAzərbaycan Yerüstü
Nəqliyyat Agentliyinə(AYNA) ünvanladıq.
AYNA-nın Cixisyolu.com-ın suallarına verdiyi cavabları sizə təqdim edirik:
– Qiymət artımı Nazirlər Kabinetinin qərarına bağlı olmalıdır, amma yeraltı
dayanacaqlarda bu dəyişiklik ilə bağlı hər hansı bir qərar yoxdur.Bu artım nəyə
əsasəndir?
– Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin
məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil
edilmiş parklanma yerlərindəki parklanmalara görə tarifləri tənzimləyir.
Küçədən kənar parklanma yerləri, o cümlədən də yeraltı parklanma yerlərinin
idarə olunması və tariflərlə bağlı qərarlar mülkiyyətçi tərəfindən müəyyən
edilir.
– AYNA-nın açıqlamasında qeyd olunur ki, “Parklanma məntəqələrində mövcud
avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi
və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait
qoyuluşu tələb olunur”.Amma Qış parkında olan liftlər və eskalatorlar işləmir
və işləməyib. Açıqlamada yer alan təmir və yenilənmə məsələsi bir az qaranlıq
qalır.
– Qış parkındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra
çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda
nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və
eskalatorların əsaslı təmiri nəzərdə tutulub.
– 28 May ətrafında yerüstü dayanacağın ləğv edilməsi ətrafdakı dayanacaqlara
tələbi artırdı. Elə təəssürat yaranır ki, məhz bu anda yeraltı dayanacaqlarda
qiymətin artırılması vəziyyəti dəyərləndirmək məqsədi daşıyır. Yəni tələbat
artır və əhalinin təklif olunan qiyməti seçməkdən başqa çıxış yolu qalmır. Bu
məsələyə izahınız maraqlıdır.
– Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol
şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta
hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır.
Həmçinin yol təhlükəsizliyinin artırılması, avtomobil nəqliyyatının və onun
ətraf mühitə mənfi təsirinin azaldılmasıdır. Beynəlxalq təcrübədə də ödənişli
parklanma həm də çəkindirici element hesab olunmaqla insanların gündəlik
səyahətlərdə şəxsi minik avtomobillərindən imtina etməsinə və alternativ
nəqliyyat növlərinə üz tutmasına kömək edir.
– Əlilliyi olan insanlar üçün şəhər nəqliyyatı onsuz da əlçatan deyil. Yeraltı
dayanacaqlarda onlar üçün hansısa güzəşt nəzərdə tutulurmu?
– Yeraltı parklanma yerlərində əlilliyi olan insanlar üçün güzəşt nəzərdə
tutulmayıb.
– Belə bir fikir də var. AYNA bütün yerüstü dayanacaqlardan qazanc əldə edir.
1) Həmin qazanc nəyə sərf olunur? 2) Həmin toplanan məbləğlə yeraltı
dayanacaqların xərcini qarşılamaq mümkün deyilmi?
– Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən
istifadə qaydası qanunvericiliklə müəyyən edilib.
Qeyd edək ki, “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan
vəsaitdən istifadə Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29
iyul tarixli 2258 nömrəliFərmanı
təsdiq edilib. Fərmanda Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil
olan vəsaitdən istifadə qaydası və vəsaitdən istifadə istiqamətləri öz əksini
tapıb.
Əzizə İsmayılova