098f04b9-9d5d-45da-8ef1-1ac1529d6ff8..jpg

“Yeşilcam”ın “pis adamı” vəfat etdi – FOTO

Baxış sayı: 510 dəfə baxılıb.

“Yeşilcam”ın “pis adamı” vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə kinosunda canlandırdığı mənfi obrazlarla tanınan Hikmət Taşdemir 82
yaşında dünyasını dəyişib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi xəbər yayıb.

Bildirilir ki, “Yeşilcam”ın “pis adamı” bir müddət müalicə aldığı xəstəxanada
dünyasını dəyişib.

Qeyd edək ki, 1942-ci ildə Ərzurumda anadan olan Hikmet Taşdemir gənclik
illərini fabrik və xəstəxana işçisi kimi keçirib. Onun film karyerası 1971-ci
ildə rejissor və ssenarist Yılmaz Güneylə tanış olduqdan sonra başlayıb.

Taşdemir karyerası boyunca 100-dən çox filmdə rol alıb. Ancaq onun ən
yaddaqalan obrazları “Korkusuz korkak” filmində “qəddar Kərim”, “Umudumuz
Şaban” filmində “Mardinli Arif” və “Tatar Ramazan” filmində “Cıbıl Halil”
rolları olub. O, sonuncu dəfə “Arka Sokaklar” serialında çəkilib.

Mənbə: Milliyet

Source link