Şirvan şəhərində 2000-ci il təvəllüdlü Rüstəm yetkinlik yaşına çatmayan İnciyə
(adlar şərti verilib – red.) qarşı əxlaqsız hərəkətlər edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rüstəm cinsi ehtirasını təmin etmək
məqsədilə yetkinlik yaşına çatmayan sərxoş vəziyyətdə olan İnci ilə 2023-cü
ilin avqustunda Lerik rayonuna gedib. Orada günlük kirayə evdə İncinin gözü
qarşısında çılpaq vəziyyətdə öz bədənini göstərib, müxtəlif üsullarla öz cinsi
ehtirasını təmin edib.
Rüstəm həmin ilin sentyabrında sərxoş vəziyyətdə olan İnci ilə Şirvan
şəhərində yerləşən və ünvanı istintaqa məlum olmayan evə gedib. Orada yenə də
eyni qaydada İnciyə qarşı əxlaqsız hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 153.1-ci
(on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər
törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual
fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm özünü
təqsirli bilib. İfadəsində göstərib ki, zərərçəkmiş İncini təxminən 2023-cü
ilin avqust ayında digər tanışı Lalənin yanında tanıyıb: “Mən dostum Cəlal,
Səlim, Lalə, Lətifə və İnci ilə birlikdə avqust ayının ortalarında Lerik
rayonuna istirahətə getdik. Lerik rayonunda Lalənin kirayə tutduğu evə gəldik.
Evin həyətində kabab bişirdik. Hamımız bir masa arxasına oturduq, spirtli içki
qəbul etdik. Mən az içdim. İnci halsız oldu. Bu səbəbdən onu otaqlardan birinə
apardım. İncinin yanında paltarlarımı çıxarıb çılpaq qaldım. Bu zaman
ehtiraslandım”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İncinin yanında çılpaq vəziyyətdə intim
yerlərini oynatmağa başlayıb: “İnci mənə baxdı və sonra ona yaxınlaşdım. Onun
intim yerlərinə, sinəsinə əllərimlə toxunaraq öz ehtirasımı təmin etdim. Sonra
birlikdə yatdıq. Səhəri gün Lerik rayonundan Şirvan şəhərinə gəldik.
Şəhərə gəldikdən sonra İnci ilə telefonda danışdıq, dəfələrlə yazışdıq.
Yaşının az olmasını bildiyimdən onunla cinsi əlaqədə olmağa qorxdum. Razılaşdıq
ki, Şirvan şəhərində kirayə evdə görüşək”.
Rüstəm bildirib ki, 2023-cü ilin sentyabrında İnci ilə Şirvan şəhərində ünvanı
yadında qalmayan mənzilə gediblər: “Mənzilə getməzdən əvvəl özümüz üçün yemək
və içki aldıq. Mənzildə yemək yedik, içki içdik. Sonra öpüşdük. Əynimdə olan
paltarlarımı çıxardım, öz-özümə intim hərəkətlər etməyə başladım. Bir əlimlə
İncinin sinə nahiyəsini, digər yerlərini oxşamağa başladım. Cinsi ehtirasımı bu
yolla təmin etdim.
Sonra əynimi geyindim. Həmin evdə bir müddət oturub söhbət etdik, sağollaşaraq
ayrıldıq. Bir müddət İnci ilə yenə yazışdıq, telefonla danışdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, İnci ilə “TikTok” sosial şəbəkəsində
etdiyi hərəkətlərə görə onunla mübahisə edib və ayrılıblar. O bildirib ki, İnci
ilə cinsi əlaqədə olmayıb: “Mən İncinin yaşını bilirdim. Bu səbəbdən onunla
cinsi əlaqədə olmamışam. Bizi Lalə tanış edib. Etdiyim əməldən peşmanam.
Hazırda İnci ilə barışmışam. Mənə qarşı heç bir şikayəti yoxdur”.
İş üzrə zərərçəkmiş İncinin sözlərinə görə, 2023-cü ilin avqust ayında Lətifə,
Lalə, Lalənin qeyri rəsmi yaşadığı Cəlal, Lalənin qızı, Cəlalın qardaşı Səlim
və onların dostları Rüstəmlə birlikdə Lerik rayonuna istirahətə gediblər:
“Biz Lerikə çatanda axşam olmuşdu. Lalə istirahətə getdiyimiz yeri reklam da
edəcəkdi. O, istirahət yerinin sahibini tanıyırdı. Ora çatdıqda Lalə bizim üçün
ev kirayə götürdü. Ev 3 otaq idi. Biz evə girdik, Cəlal, Rüstəm və Səlim də
arxamızca gəldilər.
Evdə yemək üçün salat və digər şeylər hazırladıq. Birdən halsızlaşdım, ürəyim
bulandı. Buna görə, yemək yemədim, otaqlardan birinə keçdim. Bir müddət sonra
Lalə otağa gəldi və dedi ki, onlara qoşulum. İsrara görə, onların yanına
gəldim, Laləyə kömək etdim.
Təxminən 1 saat müddətinə Lalə və yanında olan oğlanlarla müxtəlif növ spirtli
içkilər qəbul etdik. Mən artıq dərəcədə spirtli içki qəbul etdikdən sonra özümü
yaxşı hiss etmədiyimdən ayağa durmaq istədim. Müvazinətimi itirib, yerə
yıxıldım”.
Zərərçəkmiş qeyd edib ki, Rüstəm onu qucağına götürüb və otaqlardan birinə
aparıb: “Otaqda Rüstəmlə öpüşdük. O, əynində olan paltarını çıxardı, intim
hərəkətlər etməyə başladı. Sonra mənə yaxınlaşdı. Çılpaq vəziyyətdə bədən
nahiyələrini mənim intim yerlərimə, sinəmə toxundurdu. Bir neçə dəqiqə cinsi
aktını başa çatdırdı. Əynini geyindi, birlikdə yatdıq”.
İncinin ifadəsinə görə, səhəri gün onlar Lerik rayonundan Şirvan şəhərinə
gəliblər: “Şirvan şəhərinə gəldikdən sonra Rüstəmlə telefonda danışdıq,
dəfələrlə yazışdıq.
Mən Rüstəmə yaşımın az olduğunu demişəm. Bu səbəbdən mənimlə cinsi əlaqədə
olmaqdan qorxdu. Sonra razılaşdıq ki, Şirvan şəhərində kirayə evdə görüşək.
Sentyabr ayında Rüstəmlə Şirvan şəhərində ünvanı yadımda qalmayan mənzilə
getdik. Yemək yedik, içki içdik, öpüşdük.
Yenə Rüstəm əynində olan paltarlarını çıxardı, intim hərəkətlər etməyə
başladı. Mənim sinəmə, intim yerlərimə əxlaqsız hərəkətlər etdi. Bir neçə
dəqiqə sonra cinsi aktını başa çatdırdı”.
İnci qeyd edib ki, bir müddət oturub söhbət etdikdən sonra oradan çıxıblar:
“Biz sağollaşıb ayrıldıq. Bir müddət Rüstəmlə yenə yazışdıq, telefonla danışdıq.
Sonradan “TikTok” sosial şəbəkəsində etdiyim hərəkətlərə görə Rüstəmlə
aramızda mübahisə yarandı, ayrıldıq. Onunla aramızda cinsi əlaqə olmayıb.
Sadəcə mənə qarşı əxlaqsız hərəkətlər edib.
Rüstəmlə tanışlıqdan əvvəl Rasim adlı şəxslə qısa müddətli münasibət qurmuşam.
Bakirəliyimi Rasim pozub. Sonra Rasimlə ayrılmışıq. Hazırda onun yerini
bilmirəm, telefon nömrəsini xatırlamıram.
Rüstəm mənimlə ayrıldığından əsəbiləşdiyim üçün bakirəliyimi onun pozduğunu
bildirmişəm. Sonradan bunun düzgün olmadığını fikirləşdim və həqiqi ifadə
vermək qərarına gəldim”.
Bu cinayət işinə Şirvan Şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Rüstəm 8 ay müddətinə azadlıqdan məhrum edilib.