Yetkinlik yaşına çatmayan qızı qaçıranlara hökm oxundu

Yetkinlik yaşına çatmayan qızı qaçıranlara hökm oxundu

Baxış sayı: 2. 264 dəfə baxılıb.

Yetkinlik yaşına çatmayan qızı qaçıranlara hökm oxundu

Şirvan Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Müqəddəs Qəhrəmanov, Rahib Həsənov və Təhmasib Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2017-ci ilin noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib. M.Qəhrəmanov həmkəndliləri – R.Həsənov və T.Həsənovla birgə həmin kənd sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Aliyə Bayramovanın (ad, soy adı şərti) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib.

Həmin şəxslər bulaqdan evlərinə su gətirən A.Bayramovaya əvvəl yaxınlaşaraq qollarından tutub, zorla avtomobilə əyləşdirib və daha sonra onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar.

Hadisədən bir neçə saat sonra Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. 

Araşdırma zamanı onların üzərində olan soyuq silahlar aşkar edilərək götürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qəhrəmanov 10 il 3 ay, R.Həsənovla T.Həsənovun hər biri beş il müddətinə azadlıqdan məhrum edilib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!