Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni QADAĞA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual
Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri
müəyyənləşir. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində
aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan
təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik
yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın
aparılmasına isə yol verilməyəcək.