Yevgeni Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin
açılmağına kömək edəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında
uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər
əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək”.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu barədə
Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin
Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.
“Bu, təkcə Ermənistan üçün deyil, bizim regionumuzun digər ölkələri ilə də
ticarəti daha da şaxələndirməyə imkan verə bilərdi”, – o vurğulayıb.
Y.Jukov, həmçinin qeyd edib ki, bank bu məsələlərdə Ermənistan hökuməti ilə
əməkdaşlığa ümid edir