Yevgeni Mixaylov: “Azərbaycanın uğurları Aİ və Qərbdə bəzilərini qıcıqlandırır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın uğurları Avropa İttifaqını (Aİ) və xüsusən də onun aparıcı
üzvlərindən olan Fransanı qıcıqlandırır”.
Bunu “Report”a açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov Aİ, ona
üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid
edən bəyanatlarına münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni
lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər:
“Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində
Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz
mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”.
O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına
qarşı cinayət törətmiş şəxslərdən gedir.
Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə
hər zaman hazırdır:
“Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı
tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii
ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi
təsir göstərir”.