389121eb-c94f-4994-87ac-e286a312c9d4..jpg

Yevgeni Mixaylov: “Fransanın dünyada bir çox terror aktlarında əli var” – RUSİYADAN MÜSAHİBƏ

Baxış sayı: 444 dəfə baxılıb.

Yevgeni Mixaylov: “Fransanın dünyada bir çox terror aktlarında əli var” –
RUSİYADAN MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 12-də Fransanın Rusiyadakı səfiri Pyer Levi Rusiya Xarici İşlər
Nazirliyinə çağırılıb.

Fransalı diplomata Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurnenin
Rusiya ilə bağlı verdiyi açıqlamaların qəbuledilməz olduğu bildirilib.

Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev
Fransa Prezidenti Emmanuel Makronu və digər Qərb liderlərini “Crocus City
Hall”dakı qanlı terror aktının sponsorları olmaları ilə bağlı açıq şəkildə
ittiham edib.

Aydındır ki, Fransa ilə Rusiya arasında münasibətlər, xüsusən də terror
aktında əli olması ilə bağlı ciddi ittihamlar fonunda getdikcə pisləşir. Bunu
Cixisyolu.com-la söhbətində rusiyalı politoloq, Cənubi Qafqaz Ölkələrinin Strateji
Araşdırmalar Mərkəzinin direktoru, “Jurnalist araşdırmaları” “YouTube”
kanalının aparıcısıYevgeni Mixaylov da təsdiqləyib.

– Rusiya Təhlükəsizlik Şurasındakı ikinci şəxs Dmitri Medvedevin bəyanatlarına
lazımi diqqət göstərilməlidir. Əgər o, Fransanın “Crocus City Hall”dakı terror
aktında əli olduğunu deyibsə, deməli, əlimizdə bunu təsdiqləyən bütün
məlumatlar var. Dmitri Medvedev rəsmi simadır, fərziyyələr irəli sürə bilməz.
Əgər o bəyan edibsə, deməli, belədir ki, var. Rusiya Təhlükəsizlik Şurası çox
ciddi orqandır, orada oturan insanlar bu və ya digər dövlətlərin hərəkətləri
haqqında tam məlumata malikdirlər.

İndi Rusiya ilə Fransa arasında münasibətlər getdikcə pisləşir, biz diplomatik
münasibətlərin mümkün qırılması ərəfəsindəyik. Fransa səfiri artıq Rusiya
Xarici İşlər Nazirliyinə çağırılıb. Paris diplomatik qarşıdurmadan çıxış
yollarını təklif etməlidir; bu baş verməsə, daha sərt qərarlar veriləcək.
Fransa bizim geosiyasi düşmənimizdir, bu, göz qabağındadır. Həmçinin Paris
Azərbaycan üçün də eyni şəkildə düşməndir.

Hazırda bir çox resurslarından məhrum olmuş Fransanın nüvə enerjisi ilə bağlı
problemləri ortaya çıxıb, həmçinin bir sıra başqa sahələrdə də çətinlikləri
mövcuddur. Paris Rusiyanın zəiflədilməsi üçün müxtəlif cəbhələrdə səylər
göstərir.

Düşünürəm ki, biz Fransanın cinayət (“Crocus City Hall”dakı terror aktı –
red.) ortağı elan edilməsinin sondan bir əvvəlki mərhələsindəyik.

– Sirr deyil ki, Fransa erməni terrorizmini, xüsusən də ASALA kimi terror
təşkilatını dəstəkləyir. Parislə İŞİD arasında əlaqələrin olduğuna dair
məlumatlar da var. Ayrıca qeyd etmək yerinə düşərdi ki, Fransada Qarabağ
erməniləri Ukraynadakı əməliyyatlara göndərilmək üçün hazırlanır…

– … xatırlamaq lazımdır ki, ASALA terrorçuları erməni diasporunun çox sıx
məskunlaşdığı və Fransanın siyasi isteblişmentinə güclü təsiri olan Fransada
türk diplomatlarına hücum ediblər. Fransanın bütün dünyada bir çox terror
aktlarında əli var. Fransızlar Fransanın Afrikadakı siyasəti ilə razılaşmayan
Afrika dövlətlərinin liderlərini öldürüblər. Fransızlar güclü olduqları
vaxtlarda, ümumiyyətlə, heç nə haqqında düşünmürdülər, tamamilə qanunsuz
işlərlə məşğul olurdular.

ASALA ilə bağlı məsələyə qayıdıram və qeyd edirəm ki, zənnimcə, hazırda bu
strukturdan bir neçə insan qalıb. Amma bu o demək deyil ki, fransızlar başqa
erməni terror qruplaşmaları yaratmağa və ya dəstəkləməyə başlamayacaqlar. Biz
bilirik ki, “qaçqın” adlandırılan Qarabağın erməni sakinləri arasında fəal iş
aparılır. Məlumatlar var ki, Fransanın özündə onları Ukrayna cəbhəsinə
göndərilmək üçün hazırlayırlar.

Nair Əliyev

Source link