Yevlax rayonunda zəhərlənmə hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayon sakini 1990-cu il təvəllüdlü Nərminə Səfərova zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.
Araşdırma zamanı məlum olub ki, N. Səfərova intihar etmək məqsədilə sirkə turşusunu qəsdən içib. Qadın yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.