Yevlaxda ağır qəza: Ölən və yaralananlar var – FOTO

Yevlaxda ağır qəza: Ölən və yaralananlar var – FOTO

Baxış sayı: 3. 587 dəfə baxılıb.

Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların bəzilərinin adları məlum olub.

Qəza nəticəsində ölənlərdən biri 2006-cı il təvəllüdlü Şəmkir rayon sakini Abdullayev Emin Asif oğludur.

Qəzada ölən daha 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan adları məlum olanlar isə bunlardır:

Əhmədova Səfa Nizami qızı

Əliyev Cavidan Əliyar oğlu

Əliyev Əliyar İlyas oğlu

İmanova Tamilə Nəsir qızı

Həsənova Validə Namiq qızı

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

www.ÇıxışYolu.Com