1adc2412-440e-4438-92e0-9bf4e5d14701..jpg

Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edildi

Baxış sayı: 309 dəfə baxılıb.

Yevlaxda avtoxuliqanlıq edən şəxs həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozaraq
avtoxuliqanlıq hərəkətləri etdiyinə görə “Opel” markalı avtomobilin sürücüsü
C.Həsənov saxlanılaraq şöbəyə gətirilib. Yoxlama zamanı onun nəqliyyat
vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Source link