Yevlaxda ata öz azyaşlı oğlunu maşınla vuraraq öldürüb. Hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, ata maşını döndərmək istəyərkən ehtiyatsızlıqdan dörd yaşlı oğlunu əzib.
Qəza faciəvi sonluqla nəticələnib. 2015-ci il təvəllüdlü Kənan Ruslan oğlu İsmayılov xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət