8cca0ba2-3383-4c3f-ba4a-9ba20d264e70..jpg

Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 932 dəfə baxılıb.

Yevlaxda həkimi qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıblar –
YENİLƏNİB + FOTO/VİDEO

Prokurorluq və polis əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində
qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin
edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında
bildirilib.

Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının
Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda
öldürülməsi barədə məlumat daxil olub.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti
törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.

10:48, 11 yanvar

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun
dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.

Cixisyolu.com-ın əldə etdiyi məlumatına görə, B.Cabbarov gəlini ilə birlikdə mənzildə
olan zaman qətlə yetirilib.

Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl
elektrik enerjisi kəsilib.

Daha sonra evin birinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub.

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə
yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda
dünyasını dəyişib.

Hadisə baş verən zaman onun oğlu evdə olmayıb. İlkin ehtimala görə, hadisə
qisas xarakterli olub.

Hadisə baş verən zaman evdən pul və ya zinət əşyaları oğurlanmayıb.

Həkimin evinə gələn şəxs (şəxslərin) yaxınlıqda yerləşən mənzilin müşahidə
kamerasına düşdüyü qeyd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupunun baş
inspektoru, polis kapitanıAslan Qiyaslı Cixisyolu.com-a açıqlamasında bildirilib ki,
hazırda faktla bağlı araşdırma aparılır:

“Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində
əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində
anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi
fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən
vərəm əleyhinə dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim
vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi
Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

İlhamə Əbülfət


Source link