3cc2a982-8a8c-4fb7-bb44-41837e7b5a7b..jpg

Yevlaxda hərbçimiz faciəvi şəkildə vəfat etdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 706 dəfə baxılıb.

Yevlaxda hərbçimiz faciəvi şəkildə vəfat etdi – YENİLƏNİB + VİDEO

Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində “Mercedes” markalı maşın
Qarabağ kanalına aşıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə nəticəsində avtomobilin sürücüsü
Həsənəv Cavid suda boğularaq ölüb.

Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il
təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında
xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.

12.07.2023, 18:08

Yevlaxda avtomobillə kanala düşən şəxsin meyiti sudan çıxarılıb.

“Report”un məlumatına görə, 2003-cü il təvəllüdlü Cavid Həsənovun meyiti
kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12.07.2023, 13:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı
Qarabağ kanalının Yevlax rayonunun Aran qəsəbəsi ərazisindən keçən hissəsində
minik avtomobilinin suya düşməsi nəticəsində 1 nəfərin batması barədə məlumat
daxil olub.

FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun
dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.


Source link