Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Rayon Polis şöbəsinə daxil olan məlumata görə, yaralı xəstəxanada dünyasını dəyişib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən kənd sakini Murad Hüseynov saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.