3ab10e14-982b-4e39-b1a5-d0641bbb505c..jpg

Yevlaxda şöbə müdirini öldürməkdə təqsirləndirilən şəxslər həbs edildilər

Baxış sayı: 837 dəfə baxılıb.

Yevlaxda şöbə müdirini öldürməkdə təqsirləndirilən şəxslər həbs edildilər

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun
öldürülməsinə dair cinayət işinin istintaqı Yevlax rayon prokurorluğunda davam
etdirilir.

Yevlax Rayon Prokurorluğundan verilən xəbərə görə, istintaqın gedişində
1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid
Allahverdiyev və 2005-ci il təvəllüdlü Ramiz Məmmədovun mərhumun evinə basqın
etməsi, kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirib onu öldürmələrinə
əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir
qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə)
və 120.2.11-ci (quldurluqla əlaqədar adam öldürmə) maddələrilə ittiham elan
edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Source link