1fd44c9a-9b6c-4645-a5e4-ea7a1f3c3043..jpg

Yevlaxda sürücülük hüququ olmayan avtoxuliqan həbs edilib – FOTO

Baxış sayı: 433 dəfə baxılıb.

Yevlaxda sürücülük hüququ olmayan avtoxuliqan həbs edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda sürücülük hüququ olmayan və avtoxuliqanlıq edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən
məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarını pozduğuna görə
VAZ-2106 markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

Buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. Görülən tədbir nəticəsində
həmin sürücü M.Mehdiyev saxlanılıb. Yoxlama zamanı onun nəqliyyat vasitəsini
sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunub.

Sürücü barəsində inzibati protokol tərtib edilərərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib.

Source link