Yeznəsini öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi

Yeznəsini öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi

Baxış sayı: 4. 085 dəfə baxılıb.

Yeznəsini öldürmək istəyən şəxsin şikayəti təmin edilmədi

Şirvan Apellyasiya Məhkəməsində keçmiş yeznəsini öldürməyə cəhddə təqsirləndirilən Asəf Həsənlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Həsənlinin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2017-ci ildə Beyləqan rayonunda baş verib. A.Həsənli mübahisə zəminində keçmiş yeznəsi Nurəli Kərimovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!