Yığmamız Xorvatiyaya güclü heyətlə gedir

Baxış sayı: 2. 609 dəfə baxılıb.

Yığmamız Xorvatiyaya güclü heyətlə gedir

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran Pri start götürəcək. 

ÇıxışYolu.Com xəbər verir ki, üç gün davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

Yığmamız kişilərdə Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) ilə təmsil olunacaq. Qadınlarda isə yalnız ukraynalı legionerimiz İrina Kindzerska (+78 kq) mübarizə aparacaq.

S.M.
www.ÇıxışYolu.Com