077c621e-2c30-4216-9cb5-d8831d0e4c4b..jpg

Yığmamızın baş məşqçisi: “Ukraynaya qarşı tam fərqli futbol oynayacağıq”

Baxış sayı: 548 dəfə baxılıb.

Yığmamızın baş məşqçisi: “Ukraynaya qarşı tam fərqli futbol oynayacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Latviyaya qarşı yoldaşlıq oyununa çıxdıq. Ukrayna ilə oyunöncəsi bir çox
futbolçulara şans vermək imkanı yarandı. 11 futbolçunu əvəzlədik. Əslində,
hesab da sürüşkən idi. İlk yarıda qol vəziyyətlərimizi reallaşdırsaydıq,
əvəzetmələri bir az da tez edərdim. Qələbə hər zaman xoşdur. Çatışmayan
cəhətlər həddən artıq çoxdur”.

Sportal.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın baş məşqçisi Samir
Əliyev Latviyaya (1:0) qarşı keçirilmiş yoxlama görüşündən sonra deyib.

Yığmanın qələbəsini şərh edən Əliyev AVRO-2025-in seçmə mərhələsi çərçivəsində
noyabrın 21-də Ukraynaya qarşı keçiriləcək matç haqda fikirlərini bildirib:

“Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, məncə, Ukrayna ilə bir az rahat
olacaq. Onlara qarşı tamam fərqli oyun oynayacağıq. Ukraynanın qrupda lider
olması yaxşıdır, özü də motivasiyadır. Bir gün yol gedəcəyik, bərpa üçün
vaxtımız azdır. Hər halda, meydana çıxıb mübarizə aparacağıq və istəyirik ki,
layiqli nəticə ilə ayrılaq. Latviyaya qarşı matç çoxdan danışılmışdı,
püşkatmadan sonra. Açıq danışaq, hər komanda da bizimlə oynamaq istəmir. Təbii
ki, daha güclü rəqiblə qarşılaşmaq istəyərdik. Rəqib yoxdur. Hər halda,
Ukraynaya qarşı tamam fərqli görüş izləyəcəyik”.

Yığmanın baş məşqçisi Ukrayna ilə görüşdə hansı nəticəyə ümid etdiklərini də
söyləyib:

“Latviya və Ukrayna tamam başqa futbol oynayır. Amma beşli müdafiə ilə
oynamağımız Ukrayna ilə görüşə müdafiə planında hazırlıq idi. Hər dəfə oyunçu
axtarışındayıq. Toplanışlarda yeni oyunçularımız olur. Axtarırıq, şans veririk.
Latviya matçı da sırf onun üçün idi. Ukrayna qrupun lideridir. Bu komanda
İngiltərəyə üç qol vurub. Çalışacağıq ki, müdafiədə etibarlı oynayaq. Öncə qol
buraxmayaq, yəqin ki, əks-hücumlarda şansımızı gözləyəcəyik”.

Source link