ABŞ və Rusiya bir-biri ilə küçə qoçuları kimi dalaşırlar.
ÇıxışYolu.Com-ın “Sözcü”yə istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım XXI Avrasiya İqtisadi Forumunda ABŞ-la Rusiya arasında mövcud gərginliyə münasibət bildirərkən deyib.
B. Yıldırım qeyd edib ki, ABŞ-la Rusiya “Twitter” vasitəsilə bir-birlərini hədələyirlər:
“O deyir, mənim yaxşı raketim var, bu deyir, mənim yaxşı raketim var…
Sanki küçə davasıdır. Bəs bunun bədəlini kim ödəyir, acısını kim yaşayır? Məhz küçələrdəki insanlar. Ona görə küçə davasını, qovğasını bir yana qoymaq zamanıdır.
Bu gün Balkanlarda sülhün, təhlükəsizliyin, sabitliyin davam edə bilməsi üçün hamımızın üzərinə böyük məsuliyyət düşür. Çünki Orta Şərqdə yetərincə problem var. Başqa bölgələrə bu problemlərin yayılmasının qarşısını mütləq almalıyıq.
Türkiyə Balkanlarda bu anlayışla hərəkət edir. Türkiyənin heç vaxt imperialist hədəfi olmayıb. Bundan sonra da olmayacaq. Türkiyə getdiyi yerə yaxşılıq, dostluq, sülh üçün gedir”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com