Britaniyalı müğənni Liam Peynin ölümündə
insan alveri, cinsi təcavüz və seks toplantılarının təşkili ittihamları ilə
həbs edilən məşhur reper P.Diddinin (əsl adı Şon Kombs) əli ola bilər.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “Daily Mail” xəbər yayıb.
Nəşrdə L.Peynin 2017-ci ildə “Graham Norton” şousunda Diddinin məşhur “white
party” adlı tədbirlərində iştirak etməsindən danışdığı xatırladılır. Həmin
müsahibədə L.Peyn Diddi ilə ilk tanışlığından qorxu ilə söz açmışdı.
Onun sözlərinə görə, reper ilə tanışlıq onda qəribə hisslər yaradıb, çünki
Diddi onunla əl sıxışarkən kinayə ilə gülüb. Bundan əlavə, həmin tədbirdə
Beyonsenin həyat yoldaşı, reper Jay-Z ilə də xoşagəlməz hadisə baş verib.
“Jay-Z ilə bağlı bütöv bir hekayə var idi, mən onunla danışmaq üçün əyildim,
amma Jay-Z-yə tərər əyilmək olmaz, bu qadağandır. Onun mühafizəçisi məni
itələdi və mən otağın o biri başına uçdum”, – deyə Liam Peyn bildirmişdi.
Nəşrin məılumatına görə, ölümündən bir qədər əvvəl musiqiçi şou-biznesin
sirlərini açmaq və onun çirkin tərəfini göstərmək istəyirdi.
Qeyd edilir ki, hazırda sosial şəbəkələrdə də L.Peynin ölümündə Diddinin əli
olması versiyası yayılıb. Bloqerlərdən birinin sözlərinə görə, Liamı reperin
qarşıdan gələn məhkəməsində şahid kimi çağırmaq istəyiblər.
Xatırladaq ki, məşhur “One Direction” qrupunun keçmiş solisti Liam Peyn
Buenos-Ayresdə hotellərin birində yıxılma nəticəsində aldığı zədə səbəbindən
vəfat edib. Daha sonra “ABC News” telekanalı toksikoloji analizin nəticələrinə
istinadən L.Peynin qanında müxtəlif narkotik maddələrin qarışığının tapıldığını
bildirib.