0c3110c5-b13d-49dd-9eef-e4a432dce23f..jpg

Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa bazarlarında sabitliyi təmin edə bildi”

Baxış sayı: 629 dəfə baxılıb.

Yohannis: “Xəzər qazı barədə İlham Əliyevin verdiyi təminatlar Avropa
bazarlarında sabitliyi təmin edə bildi”

“2022-ci ildə biz görünməmiş enerji çağırışları ilə üzləşdik. Bunlar qazın
çatışmaması və ya münasib, əlçatan qaz təchizatının olmaması, qiymətlərin
dəyişkənliyi, bazarda qeyri-sabitlik idi”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu
və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında
çıxışında deyib.

Onun sözlərinə görə, bu çağırışlar kompleks siyasət və tənzimləyici qaydaları
tələb edir.

“Avropa bazarına Xəzər qazının çatdırılması barədə Azərbaycan adından İlham
Əliyev tərəfindən şəxsən verilmiş təminatlar bazarlar üçün ən çətin anda çoxdan
tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin edə bildi”, – deyə Rumıniya
Prezidenti vurğulayıb.

Source link