Yol polisi sürücülərə nömrələrlə bağlı müraciət etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə
müraciət edib.
Müraciətdə bildirilir:
“Qanunvericiliyə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu
vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması
hesab edilir və inzibati məsuliyyət yaradır.
Lakin təəssüf ki, bəzi sürücülər havanın yağışlı, çiskinli olmasını bəhanə
gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə
yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə
çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin
dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni
yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş
oluruq”.