Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, ekologiya və təbii sərvətlər naziri Hüseyqulu Bağırov işindən azad edilib.
ÇıxışYolu.Com H.Bağırovun dosyesini təqdim edir:
Hüseynqulu Seyid oğlu Bağırov 17 dekabr 1955-ci ildə dünyaya gəlib.
1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Təhsil aldığı dövrdə K.Marks təqaüdçüsü olub. 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub.
1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb.
1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.
1978-1983-cü illərdə Təhsil Nazirliyində, sonra isə komsomol orqanlarında çalışıb. 1985-1992-ci illərdə Zaqafqaziya Komsomol və Ali Partiya məktəblərində müəllim vəzifəsində işləyib. 1990-cı ildən Gənclər İnstitutuna, 1992-ci ildən Qərb Universitetinə rəhbərlik edib.
2000-2001-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri vəzifəsində işləyib. 2001-ci ildən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.
2005-ci ildə Azərbaycan Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti seçilib.
2008-ci ildə onun başçılığı ilə ilk Azərbaycan-Antarktida ekspedisiyası Bakıdan yola düşüb.
2015-ci il dekabr ayının 16-da Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.