4e93af09-da38-4f27-b40c-f156ff735bb5..jpg

Yoldaşlıq görüşləri: Almaniyadan qələbə, İngiltərədən heç-heçə, Türkiyə məğlub oldu – VİDEO

Baxış sayı: 427 dəfə baxılıb.

Yoldaşlıq görüşləri: Almaniyadan qələbə, İngiltərədən heç-heçə, Türkiyə məğlub
oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın yaşıl meydanlarında futbol üzrə yoldaşlıq görüşləri keçirilir.

Başa çatan maraqlı matçlarda Türkiyə millisi səfərdə Avstriyaya böyük hesabla
uduzub 6:1. Ay ulduzların heyətində yalnız Hakan Çalhanoğlu penaltidən
fərqlənib.

Almaniya Niderlanddan üstün olub. Narıncıların bir qoluna almanlar iki qolla
cavab veriblər – 2:1.

İngiltərə isə Belçika ilə sülh bağlayıb. Tərəflər hərəyə iki dəfə fərqləniblər
– 2:2.

Həmçinin, Sloveniya Portuqaliyaya qalib gəlib. Prineylilər qapılarında iki
cavabsız top görüblər – 2:0.

Fransa isə Çilini məğlub edib – 3:2. Fransızların ulduzu Mbappe görüşdə yalnız
bir məhsuldar ötürmə ilə yadda qalıb.

Source link