7a0dbb42-124e-4c8a-9a14-7f98fde1681f..jpg

Yolların yağış sularından təmizlənməsinin “kreativ” yolu: Piyada palçıqda getsə də, olar – VİDEO

Baxış sayı: 816 dəfə baxılıb.

Yolların yağış sularından təmizlənməsinin “kreativ” yolu: Piyada palçıqda
getsə də, olar – VİDEO

Ötən gün yağışlı hava şəraiti avtomobil yollarında nəqliyyat vasitələrinin
hərəkətində çətinlik yaradıb.

Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yağış
sularının yollarda, küçələrdə yaratdığı gölməçələr avtomobillərlə yanaşı,
piyadaların da hərəkətinə ciddi maneələr törədib.

Paylaşımlarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xidməti
avtomobilinin avtomobil yolundakı çirkli yağış sularını yol kənarına, piyada
səkilərinə sıçratması ciddi narazılıq doğurub.

Piyada yollarını palçıq etmək nə dərəcə düzgündür?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)
Mətbuat Xidmətinin rəhbəriAnar Nəcəfli Cixisyolu.com-a açıqlamasında bildirib ki,
sözügedən vəziyyət Bakı-Şamaxı magistral avtomobil yolunda olub:

“Normadan artıq yağış yağdığı üçün yol kənarında olan xüsusi kanallar eyni
anda bu qədər suyu axıda bilmədiyindən yolun hərəkət hissəsinə su yığılıb. Bu
isə magistral yolda hərəkəti çətinləşdirib. Əraziyə xüsusi nasosla təchiz
edilmiş maşın göndərilib və suyun kənara vurulmasına başlanılıb. Bundan başqa,
magistral yolda hərəkəti bərpa etmək üçün piyada yolu nəzarətə götürülərək belə
bir üsuldan da istifadə olunub”.

Könül Cəfərli


Source link